https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Bu gün "Qarabağ" və "Qəbələ" Avroliqada növbəti görüşlərini keçirəcək

Bu gün "Qarabağ" və "Qəbələ" Avroliqada növbəti görüşlərini keçirəcək
Bu gün Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək.
 
Apasport.az saytının məlumatına görə, turnirdə çıxış edən təmsilçilərimiz “Qarabağ” və  “Qəbələ” növbəti oyunlarına çıxacaqlar.
 
Qurban Qurbanovun yetirmələri səfərdə “Monako” ilə qarşılaşacaq.  “Köhlən atlar” tarixində üçüncü dəfə Fransa klubu ilə qarşılaşacaq. Çempionumuz ikinci pillədəki yerini qorumaq üçün matçdan xalla ayrılmalıdı.
 
Roman Qriqorçukun yetirmələri isə Dortmund “Borussiya”sını qəbul edəcək. 1/16 final şanslarını çətinə salmamaq üçün “qırmızı – qaralar” bu qarşılaşmadan mütləq xalla ayrılmalıdı. Azərbaycan klubları ilə ikinci dəfə üz-üzə gələcək olan “Borussiya” isə daha əvvəl “Qarabağ”la qarşılaşmış və rəqibini hər iki oyunda məğlub etmişdi. “Qəbələ” bu oyunda xal qazanacağı halda alman klublarını büdrədən ilk klubumuz kimi tarixə düşəcək.
 
 
Avropa Liqası
Qrup mərhələsi, III tur
22 oktyabr
 
C qrupu

20:00. “Qəbələ” – “Borussiya” (Dortmund, Almaniya)
Bakı. “Bakcell Arena” stadionu
 
J qrupu

22:00. “Monako” (Fransa) – “Qarabağ”
Monako. “Lui II” stadionu
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.