https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Qurban Qurbanov: "Sonadək mübarizə aparacağıq"

Qurban Qurbanov: "Sonadək mübarizə aparacağıq"

"Uduzmaq istəməzdik, ancaq bacarmadıq. Oyun ərzində yaxşı müdafiə olunduq. Bəzi epizodlarda diqqətsiz oynadıq. Elə həmin epizodların birində də qapımızda top gördük".

Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində səfərdə "Monako"ya uduzduqları oyundan sonra deyib.

Q.Qurbanov komandasının turnirdə yoluna davam etməsi üçün sonadək mübarizə aparacağını bildirib:

"Belə səviyyəli futbolçulardan təşkil olunmuş komandaya qarşı oynamaq çətin idi. Düşünürəm ki, oyunda sürpriz heç nə olmadı. Hər zamankı oyunumuzu nümayiş etdirdik.

Artıq "Monako"nu daha yaxşı tanıyırıq və bu, cavab matçında bizə kömək edəcək. Bakıdakı görüşdə daha yaxşı oynamağa çalışacağıq. Turnirdə yolumuza davam etmək üçün sonadək mübarizə aparacağıq. Sonda kimin növbəti mərhələyə yüksələcəyini görəcəyik".

Qeyd edək ki, səfərdə "Monako"ya 0:1 hesabı ilə uduzan "Qarabağ" turnir cədvəlinin son pilləsinə yuvarlanıb.

 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.