https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

"Dnepr"in bombardiri "Qəbələ"yə dəvət edilib

"Dnepr"in bombardiri "Qəbələ"yə dəvət edilib

Ukraynanın "Dnepr" futbol komandasının bombardiri Yevgeni Seleznyov "Qəbələ" klubuna keçə bilər.
 
525.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə "Sportanalytic" nəşri məlumat yayıb.

Dneprepetrovsk təmsilçisinin liderinə şəxsən Azərbaycan komandasının baş məşqçisi Roman Qriqorçuk dəvət göndərib.

30 yaşlı hücumçunun hazırkı müqaviləsi 2016-cı ilin yayında başa çatır. Yeni anlaşma istiqamətində "Dnepr"lə futbolçu arasında danışıqlar aparılmır. Bu isə Seleznyova yanvarda istənilən klubla ilkin müqavilə bağlamaq imkanı verir. Karyerasını davam etdirmək üçün onun daha statuslu variantlarının olduğu bildirilir. Luis Adrianonun İtaliya "Milan"ına keçidindən sonra hücum xəttində problem yaşayan "Şaxtyor" da geri qaytara bilər. Türkiyənin "Fənərbağça" və "Trabzonspor", Yunanıstanın "Olimpiakos" və Rusiyanın "Krasnodar" klubları da təcrübəli forvarda maraq göstərir.

Qeyd edək ki, bu mövsüm Yevgeni Seleznyov Ukrayna çempionatında və Avropa Liqasında üst-üstə 12 qol vurub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.