|
|
|
|

Brazliya millisinin PSJ-də çıxış edən futbolçusu David Luis Parisdə ötən həftə baş verən terror hadisəsindən sonra bu şəhərə qayıtmaq istəmədiyini açıqlayıb.
Qol.Az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, hazırda millisinin düşərgəsində olan futbolçu bildirib ki, müqaviləyə əsasən, o, PSJ-də çıxış etməlidir:
“Amma təkcə mənim istəyimdən asılı olsaydı, Parisə qayıtmazdım. Hadisədən sonra dostlarıma zəng etdim. Onları çox məyus idi və qorxmuşdular. Mən də çox heyfslənirəm. Tanrıdan yaxınlarını, doğmalarını itirən insanlara səbir diləyirəm”.



