https://525.az/img/pics/medium/2024-05/312583_dvmmzxd3jv.jpg Fransa Ukraynaya əsgər göndərdi
https://525.az/img/pics/medium/2024-05/312579_gcv8trtyhy.jpg Külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2024-05/312454_ap3j3iwjn3.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
search
6 May 2024
5 May 2024
4 May 2024

Adel "Qızıl Qlobus" da aldı (VİDEO)

"Qızıl qlobus"lar paylandı

Adel "Qızıl Qlobus" da aldı (VİDEO)

"Oskar"dan sonra kino aləminin ən nüfuzlu mükafatı sayılan "Qızıl Qlobus" sahiblərinə təqdim edilib.

525.az-ın Türkiyə mediasına istinadən veerdiyi məlumata görə, Ben Afflek "Argo" filmiylə "ən yaxşı film" və "ən yaxşı rejissor" mükafatlarına layiq görülüb. Afflek mükafatın nə olduğunun mühüm olmadığını, ancaq adının Stiven Spilberq, Anq Li, Ketrin Biqelou və Quentin Tarantino ilə birlikdə çəkilməsinin böyük bir şey olduğunu vurğulayıb.

Spilberqin 7 kateqoriyada namizəd göstərilən "Linkoln" filmi isə böyük xəyal qırıqlığı yaradıb. 12 kateqoriyada da "Oskar"a namizəd göstərilən film yalnız "ən yaxşı aktyor" (Daniel Dey Livays) mükafatına layiq görülüb.



Üsamə Bin Ladeni yaxalamaq üçün keçirilən hərbi əməliyyatdan bəhs edən "Zero Dark Thirty" filmində bir MKİ casusunu canlandıran Cesika Çasteyn isə "ən yaxşı aktrisa" mükafatını alıb.

Məşhur yazıçı Viktor Hüqonun "Səfillər" romanı əsasında çəkilən filmdəki rolu isə Anna Hahaveyə ən yaxşı köməkçi aktrisa mükafatını qazandırıb. Ən yaxşı köməkçi aktyor mükafatı isə "Django Unchained" filmindəki roluna görə Kristof Uoltsa verilib.

"Ən yaxşı ssenari" mükafatını Tarantinonun "Django Unchained" filmi alıb.

Avstriyalı rejiossor Maykl Hanekenin "Amour" filmi isə "ən yaxşı xarici film" mükafatına sahib olub.

Pop ulduzu Adel Ceyms Bond seriyasının sonuncu filmi "Skyfall" üçün yazdığı mahnıyla "ən yaxşı mahnı" mükafatını əldə edib.



Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.