Türkiyənin Suriya ilə sərhəddindəki Hatay vilayətində qırıcı təyyarə qəzaya uğrayıb.
Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.
Hazırda təyyarənin hansı ölkəyə məxsus olduğu müəyyənləşdirilir.
Təyyarənin Türkiyə hava məkanını pozduğu üçün vurulduğu bildirilir. Pozucu təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcıları tərəfindən vurularaq yerə salınıb. Pilotlar katapult edərək təyyarədən çıxa biliblər.
Xatırladaq ki, Suriya ordusu son günlər Rusiya hərbi aviasiyasının köməyi ilə Türkmən dağı zonasında türkmən hərbi qruplarına qarşı hərbi əməliyyat keçirir.



