|
|
|
|

"Azərbaycanda dəmir yollarının ətrafında tikilən qanunsuz tikililərin siyahısı hazırlanır".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, hazırda qanunsuz tikililərlə bağlı məsələyə baxılır:
"Bununla bağlı yeni məlumat yoxdur, olacağı təqdirdə ictimaiyyətə açıqlanacaq.
Hazırda qanunsuz tikililərin siyahıya alınması işləri gedir".



