https://525.az/img/pics/medium/2024-05/313038_h7n2hbl7mb.jpg Azərbaycanlı generalın Sankt-Peterburqa və Varşavaya səfəri
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2022-07/231220_hgx8zt054t.jpg Pul və ruh - Rövşən Yerfi yazır
https://525.az/img/pics/medium/2024-05/313020_gbs2ijit41.jpg "Öpüş" - ​​​​​​​"Bir rəsmin dedikləri"
search
8 May 2024

“Formula-1” yarışlarının biletləri sabahdan satışa çıxarılacaq

“Formula-1” yarışlarının biletləri sabahdan satışa çıxarılacaq

“Bakı Şəhər Halqası” şirkəti gələn il Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının biletlərini dekabrın 19-dan etibarən satışa çıxaracaq. Biletləri www.bakucitycircult.com saytı vasitəsilə onlayn qaydada almaq mümkün olacaq. Bilet satışına Dənizkənarı Milli Parkda start veriləcək və “Son 6 ay” tədbiri ilə eyni vaxta təsadüf edəcək.

AzərTAc xəbər verir ki, bu barədə “Formula-1” Avropa Qran-pri yarışları ilə əlaqədar dekabrın 18-də keçirilən mətbuat konfransında məlumat verilib.

Mətbuat konfransında çıxış edən gənclər və idman naziri Azad Rəhimov “Formula-1” Avropa Qran-pri yarışları barədə təəssüratlarını bölüşərək deyib: “Bu, dünyanın ən böyük idman turnirlərindən olan “Formula-1”in Bakıya gəlişi prosesində ən vacib addımlardan biridir. Əminəm ki, yarış yüksək səviyyədə keçiriləcək. İdmansevərləri Bakıdakı Avropa Qran-pri yarışlarına baxmağa səsləyirəm”.

Mətbuat konfransından sonra “Bakı Şəhər Halqası” şirkətinin kommersiya üzrə direktoru Bülənt Özərdim bildirib ki, “Formula-1”in Azərbaycanda keçirilməsi çox önəmlidir. Bilet satışına başladığımız üçün çox sevincliyik. Gələn yay bizə qoşulmaq arzusunda olan azarkeşlərə bilet almağa tələsməyi tövsiyə edirəm.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.