|
|
|
|

Dünən Milli Məclisdə Torpaq Məcəlləsinin müzakirəsi zamanı deputat Zahid Oruc bəzi həmkarlarının çıxış etmək istəyən millət vəkillərinə maneçilik törətməsinə sərt reaksiya verib.
O qeyd edib ki, yeni çağırış parlamentin yalnız bir iclası keçirilib:
“Siz bu qədərmi yorulmusunuz? Parlament müzakirələr yeridir. Kürəyimizdən təzyiq edirsiniz. Çıxış etmək istəyirik, yerdən küylər, qışqırıqlar, bağırıqlar gəlir. Kim istəmirsə durub gedə bilər.
Onsuz heç kim dövlətin əleyhinə çıxış edən deyil. Biz sədarətdən icazə alıb, amma konstitusion hüququmuzdan istifadə edərək çıxış edirik. Biz sizə hörmət edirik, siz də bizə hörmət edin. İmkan verin ki, çıxış edək”.
KAMİL



