|
|
|
|

"İnsan hüquqları məsələləri üzrə İşçi Qrupu birbaşa ölkə Prezidentinin təşəbbüsü ilə yaradılıb. Biz bu qrupda düzgün, obyektiv və heç kimin təsiri altında olmadan qərarlar qəbul etmək iqtidarındayıq".
Bunu sözügedən İşçi Qrupunun növbəsi iclasında parlamentin Beynəlxalq münasibərlər və parlamentlərarası əlaqələr komitəsin sədri Səməd Seyidov dilə gətirib.
Onun sözlərinə görə, həmsədri olduğu İşçi Qrupunun növbəti iclasından sonrakı dövrdə gözlənilmədən Avropa Şurasının baş katibi Turbyorn Yaqland öz nümayəndəsini buradan geri çəkdi.
S.Seyidov deyib ki, onun bu addımı çox qəribə, başadüşülməz və qəbuledilməzdir: "Cənab Yaqland, əgər sən öz nümayəndəni geri çəkisrənsə, niyə indi onu Azərbaycana insan haqları ilə bağlı araşdırıcı kimi göndərirsən və ya onu göndərəcəkdinsə, niyə geri çəkirdin? Əslində isə onun nümayəndəsinin bu Qrupda olub-olmaması bizim üçün əhəmiiyətli deyil. Biz sadəcə, öz xoş məramımızı göstərmişik ki, İşçi Qrupunun qapısı hər kəsin, bütün beynəlxalq təşkilatların üzünə açıqdır. İşçi Qrupu eyni zamanda, heç bir beynəlxalq təşkilat üçün fəaliyyət göstərmir, öz işini təşkil etmir. Biz öz daxilimzdə yüksək səviyyəli dialoq mühitini təmin edərək özümüz öz problemlərimizi müzakirə edir və onların həlli üçün dövlət orqanlarına müəyyən tövsiyələrimizi veririk. Mən buradan bir daha bütün beynəlxalq təşkilatlara səslənirəm ki, İşçi Qrupu bundan sonra da fəaliyyətini davam etdirəcək. Çünki demokratiya, insan hüquqları bizim üçün əsas prioritetlərdəndir. İnsan hüquqlarını alətə, dövlətlərə qarşı təzyiq vasitəsinə çevirməlk olmaz".
Millət vəkili Azay Quliyev də çıxışı zamanı Avropa Şurasının baş katibi T. Yaqlandın öz nümayəndəsini İşçi Qrupundan geri çəkməsinə çox üzüldüyünü deyib. Millət vəkilinin dediyinə görə, Azərbaycan bütün məsələlərdə, o cümlədən, insan hüquqları ilə bağlı məsələlərdə beynəlxalq təşkilatlarla işbirliyində, əməkdaşlıqda maraqlıdır."Biz hər zaman da əməli şəkildə bu niyyətlərimizi ortaya qoymuşuq. Amma çox təəssüflər olsun ki, beynəlxalq təşkilatların da bizimlə əməkdaşlığa hazır olmadıqlarının şahidi olmuşuq. Biz bu İşçi Qrupunu da öz daxili ehtiyaklarımız üçün yaratmışıq, kiminsə istəyi və təzyiqi ilə yox. Biz bütün məsələlərdə, o cümlədən, insan hüquqları ilə bağlı məsələrdə də qeyri-hökumət təşkilatları, bütövlükdə vətəndaş cəmiyyəti ilə təmasda, dialoqdayıq. Bunun bizim işimizə, problemlərimizin həllinə çox böyük və müsbət təsiri var".
İclas sonra jurnalistlərin iştirakı olmadan davam etdirilib.
"İnsan hüquqları məsələləri üzrə İşçi Qrupunun əfv siyahısına 22 nəfərin adı daxil edilib". Bu barədə isə İşçi Qrupundan məlumat verilib. Qeyd edilib ki, artıq siyahı üzrə kimlərin əfvə düşəcəyi Prezidentin səlahiyyətində olan məsələdir. İşçi Qrupundakı mənbə bütün adları açıqlamağı lazım bilməsə də, deyib ki, 22 nəfərlik siyahıda sabiq səhiyyə naziri Əli İnsanov, jurnalistlər Xədicə İsmayıl və Pərviz Həşimli, hüquqşünas İntiqam Əliyev, "REAL" hərəkatından İlqar Məmmədovun və digərlərinin adı var.
Onu da qeyd edək ki, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik və Yeni il münasibətilə Azərbaycan Prezidentinin əfv sərəncamı imzalayacağı gözlənilir.
Kamil HƏMZƏOĞLU



