Neft Daşlarındakı 501 saylı və “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzalarla əlaqədar itkin düşənlərin ailə üzvləri müraciət edərək axtarış əməliyyatında iştirak etmək istədiklərini bildiriblər.
525.az-ın məlumatına görə, müraciət Fövqəladə Hallar Nazirliyi (FHN) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən müsbət qiymətləndirilib.
Bununla əlaqədar olaraq, həmin şəxslər bu gün FHN-in 2, “AZAL” QSC-nin 1 helikopteri ilə Xəzər dənizi üzərində itkin düşənlərin axtarışı əməliyyatında xilasetmə qrupu ilə birlikdə iştirak edib.