Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-dən 525.az-a verilən məlumata görə, müraciətdə qeyd olunur ki, qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır.
Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl edilməlidir:
-qaz cihazı saz və standartlara uyğun olmalı;
-cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;