Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) məhkəməyə verilib.
APA-nın məlumatına görə, "Springer Customer Service Center GmbH" şirkəti akademiyaya qarşı borcun ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Şirkətin həmin qərardan verdiyi apellyasiya şikayəti təmin olunmayıb.