|
|
|
|

Azərbaycanda "Xəzər-Lada-Lizinq" MMC qeydiyyatdan keçib.
"Report"un Vergilər Nazirliyindən əldə etdiyi məlumata görə, yeni yaranan qurumun nizamnamə kapitalı 5 min manatdır.
Hüquqi ünvanı Binəqədi rayonu, Binəqədi şosesi, ev 50 olan MMC-nin qanuni təmsilçisi Siyavuş Məhəmməd oğlu Məcidovdur.
Xatırladaq ki, "Xəzər Lada" MMC Rusiyanın "Lada" avtomobil zavodunun Azərbaycanda rəsmi distribütorudur.



