|
|
|
|

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi, Azərbaycan Atıcılıq və Azərbaycan Velosiped İdmanı federasiyalarının tərəfdaş qismində iştirak etdiyi “Sağlam Universiada” layihəsinin ikinci turniri keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, güllə atıcılığı idman növü üzrə keçirilən turnirdə 8 universitet komandası mübarizə aparıb.
Dövlət İdarəçilik Akademiyasının tələbələri I, Azərbaycan Texniki Universitetinin və Azərbaycan Turizm və Menecment Universitetinin komandaları isə müvafiq olaraq II və III yerlərə layiq görülüblər. Birinci və ikinci yerləri qazanan universitetlər velosiped turnirinə vəsiqə əldə ediblər.
Layihənin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkilinə dəstək olmaq, sağlam həyat tərzinin təbliği, bir sıra idman növlərinin geniş şəkildə yayımlanmasına təkan vermək, onlarda idmana maraq yaratmaqdır.



