“HBO” telekanalı məşhur “Taxt oyunları” serialının 6-cı mövsümünün birinci tizerini paylaşıb.
AZƏRTAC buro247.az saytına istinadla xəbər verir ki, 80 saniyə davam edən videoda ilk dəfə 5-ci mövsümdə göstərilən “Simalar zalı” nümayiş olunur.
Video 6-cı mövsüm barədə heç bir informasiyanı ötürmür və süjetin detalları sirr olaraq saxlanılır.
Yeni epizodun premyerası aprelin 24-nə təyin edilib.