Dünya şöhrətli rejissor Derek Syanfransın çəkdiyi “Okeanda işıq” dramının treyleri işıq üzü görüb.
525.az buro247.az saytına istinadla xəbər verir ki, M. L. Stedmanın kinoadaptasiyasında baş rolları tanınmış aktyorlar Maykl Fassbender, Alisiya Vikander və Reyçel Vays ifa edəcək.
Filmin beynəlxalq premyerası 2016-cı il sentyabrın 2-də baş tutacaq.
Məlumat üçün bildirək ki, filmin süjeti Birinci Dünya müharibəsindən sonrakı dövr ətrafında cərəyan edir.
Mayakın nəzarətçisi və onun həyat yoldaşı materikdən aralı olan böyük Avstraliya adasında yaşayırlar.
Cütlük uşaq dünyaya gətirə bilmir, ancaq bir dəfə sahildə ölü kişi və diri körpə ilə qayıq aşkar edirlər. Onlar körpəni öz uşaqları kimi tərbiyə etmək qərarı verirlər, lakin seçimlərinin dağıdıcı nəticələri barədə heç nə bilmirlər.