“Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində vacib rolunu vurğulayırıq. Ötən bir il ərzində bu strateji layihə üzrə əldə edilmiş inkişafı alqışlayırıq”.
APA-nın xəbərinə görə, bunu Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç “twitter” səhifəsində yazıb.
Qeyd edək ki, Bakıda “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının II iclası keçirilir.
Azərbaycan prezidenti İlham Əliyevin də qatıldığı toplantıda layihənin iştirakçısı olan ölkələrin - Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan, Xorvatiya, Serbiya, Monteneqronun enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin, ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın yüksək vəzifəli şəxslərinin, habelə Transanadolu Boru Kəməri (TANAP">TANAP) və Transadriatik Boru Kəməri (TAP) layihələrinin və beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri iştirak edir.
İclas üç plenar sessiya və dəyirmi masadan ibarət olacaq.