https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026
1 İyul 2026

Beyons fonoqram oxuduğunu etiraf etdi

Beyons fonoqram oxuduğunu etiraf etdi

Məşhur müğənni Beyons ABŞ prezidenti Barak Obamanın Konqresin bağçasındakı andiçmə mərasimində ABŞ himnini fonoqramdan oxuduğunu etiraf edib.

525.a-ın TRT-yə istinadən verdiyi məlumata görə, Nyu-Orleans şəhərində mətbuat konfransı keçirən müğənni himni bilmədiyi üçün canlı oxumadığına dair iddiaları təkzib edib. Beyons toplantının əvvəlində bu iddialara cavab olaraq himni canlı ifa edib.

Müğənni mükəmməliyyətçi olduğu üçün və prezident qarşısında unudulmaz şəkildə himni ifa etmək üçün fonoqram oxuduğunu bildirib: "Ayaqlarım uyuşana qədər himni təkrar etdim. Orkestrlə məşq edəcək vaxtımız yoxdu. Səsi yoxlamaq üçün uyğun şərait də yoxdu. Bu səbəbdən belə bir riskə getmək üçün özümü yaxşı hiss etmədim. Himn oxuyacağım yer ABŞ prezidentinin andiçmə mərasimiydi. Həm onu, həm də ölkəmi qürurlandırmaq istədim. Bu səbəbdən musiqi dünyasında çox sıx görülən bir şey elədim - himni əvvəlcədən lentə alaraq səsləndirmə yoluyla oxudum. Oxumağımla da qürur duyuram".

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.