Bu gün Bakı Apellyasiya Məhkəməsində Leyla Yunus və Arif Yunusun apellyasiya şikayətləri üzrə ilkin məhkəmə baxışı keçirilib.
Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, məhkəmədə baxış iclası martın 11-nə təyin edilib.
Qeyd edək ki, Leyla və Arif Yunuslar müalicə üçün müvəqqəti Azərbaycan Respublikası hüdudlarından kənara çıxmağa icazə verilməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər.