"Azərbaycan Hava Yolları" QSC (AZAL) rəsmi “youtube” kanalında 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təbrik videoçarxı yerləşdirib.
AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, videoçarxda təyyarə bələdçiləri, dispetçerlər, təhlükəsizlik xidmətinin əməkdaşları və aviakassalarda satış üzrə menecerlərin çətin işindən danışılır.
"AZAL mülki aviasiya sahəsində çalışan xanımların simasında bütün qadınları ürəkdən təbrik edir, onlara açıq səma, gözəl günlər və bahar əhval-ruhiyyəsi arzu edir!" - deyə təbrikdə deyilir.