Bu gün Nərimanov rayon Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimin cinayət içi üzrə məhkəmə prosesi davam etdirilib.
Vəkil Yalçın İmanovun APA-ya verdiyi məlumata görə, prosesdə məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edilib.
Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Buna görə proses martın 14-dək təxirə salınıb.
Qeyd edək ki, M. İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da həbs olunub.
O, Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilir.