Bu gün Nərimanov rayon Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prosesdə vəkil Yalçın İmanov çıxış edərək müdafiə etdiyi şəxsin barəsində bəraət çıxarılmasını istəyib. M. İbrahim isə çıxışında bildirib ki, bəraətdən başqa çıxarılacaq digər qərarlarla razılaşmayacaq.
Məhkəmə prosesi martın 15-də davam etdiriləcək.
Qeyd edək ki, M. İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da həbs olunub. O, Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilir.