Türkiyənin Star telekanalında yayımlanan "O ses Türkiye" yarışmasına tamaşaçı kimi qatılan mərhum roker Barış Akarsunun anasının dedikləri hər kəsi təsirləndirib.
525.az-ın məlumatına görə, 2007-ci ildə avtomobil qəzasında həyatını itirən Barış Akarsunun anası Hatice Akarsu oğluna bənzəyən yarışmaçı Onur Uğuşu izləməyə gəldiyini deyib. "Qızım evdə dedi ki, bu oğlan qardaşıma çox bənzəyir. Mən də izlədikdən sonra mütləq bura gəlib Onuru izləmək qərarına gəldim. O mənə hər şeyi ilə oğlumu xatırladır" deyən ana həm özü ağladı. həm də zalda olan tamaşaçıları, münsifləri və Onuru ağlatdı.