|
|
|
|

Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyov dəfn edilib.
"Report"un məlumatına görə, Akademik Milli Dram Teatrında keçirilən vida mərasimindən sonra mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində rəsmi şəxslər, incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak ediblər.
Xatırladaq ki, Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, martın 22-də 81 yaşında dünyasını dəyişib.



