|
|
|
|

Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan 1990-cı il təvəllüdlü Qarayev Dilsuz Məmmədağa oğlu bu gün dəfn olunub.
Şəhid doğulduğu Ağcabədi rayonu, Hindarx qəsəbəsində torpağa tapşırılıb.
Dəfndə icra başçısı Şahin Məmmədov, rayonun idarə, müəssisə və təşkilatları, kənd icra nümayəndəlikləri, bələdiyyələr, ziyalılar, ağsaqqallar, gənclər, məktəblilər və hərbiçilərdən ibarət 10000 nəfərdən artıq rayon sakini, şəhidin qohumları, dostları iştirak ediblər.
Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb.
Şəhidin müəllimi, sinif yoldaşı, Qarabağ əlili, kənd ağsaqqalı, şəhidin atası və Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, qaçqın və köçkünlərin doğma yurd-yuvalarına qayıdacaqlarını və cinayətkarların layiqli cavablarını alacaqlarnı bildiriblər.
Daha sonra icra başçısı, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə müəssisə rəhbərləri, kənd icra nümayəndələri, ziyalılar və rayon ictimaiyyəti şəhidin qəbri üzərinə çiçək düzüblər.



