Cəbhə bölgəsində Ermənistanın pilotsuz uçuş aparatı endirilib.
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Silahlı Bölmələri tərəfindən xüsusi üsulla endirilib.