|
|
|
|
“525-ci qəzet"in yerləşdiyi binada yanğın baş verib.
Baş verən yanğın nəticəsində redaksiyaya heç bir ziyan dəyməyib. Yanğın nəticəsində təxminən 35-40 kvadratmetr ərazinin yandğını bildirib.
525.az-ın məlumatına görə, yanğın Tərcümə Mərkəzinin zirzəmisində qısaqapanma nəticəsində başlayıb.
525-ci qəzet-in və qol.az-ın redaksiya və müxbir heyəti binanı tərk ediblər.
Hazırda yanğın söndürülsə də, redaksiyanı tamamilə tüstü bürüdüyündən qəzetin fəaliyyəti bərpa olunmayıb.