Aprel ayının 9-da Bakı vaxtı ilə saat 16.00-dan 19.00-dək cəbhə xəttinin müəyyən olunmuş istiqamətlərində ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hər iki tərəfin razılığına əsasən hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması əməliyyatı həyata keçiriləcək.
525.az-ın verdiyi məlumata görə, bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir.
Xatırladaq ki, proses artıq ikinci gündür ki, davam edir.