|
|
|
|
“Azəbaycan gəncliyinə dövlətimiz tərəfindən bir çox imtiyazlar verilir, onların istər təhsil, istərsə də sahibkarlıq sahəsində fəaliyyəti dəstəklənir”.
Bu sözləri mötəbər tədbir çərçivəsində təşkil olunan Gənclər Forumu ilə bağlı “525”ə fikirlərini bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Nicat Hacızadə deyib.
Onun sözlərinə görə, ölkəmizdə gənclərin fikir azadlıqları tam şəkildə təmin olunub:
“Gənclər istər sosial şəbəkələrdə, istər açıq debatlarda öz fikirlərini müxtəlif aspektlərdən bildirə bilirlər. Bu mənada, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində gənclər tədbirinin keçirilməsi və gənclərə daha böyük platformada çıxış etmək imkanı yaradılması yüksək qiymətləndirilməlidir. Ümid edirəm gənclərin fikirləri nəzərə alınaraq Forumun təkliflər planında öz əksini tapacaq”.
Ceyhun ABASOV