https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026
1 İyul 2026

Aygün Kazımova: "Etiraf edim ki,.."

Aygün Kazımova: "Etiraf edim ki,.."
Türkiyənin məşhur “Kral Müzik ödülləri”nə ən yaxşı qadın ifaçısı və ən yaxşı sinql nominasiyaları üzrə Azərbaycandan ilk dəfə Aygün Kazımova ilə Röya Ayxanın namizəd göstərilməsi ABŞ-a səfərə hazırlaşan xalq artistimiz üçün böyük stimul olub. 

anspress-in məlumatına görə, Aygün Kazımova bununla bağlı açıqlama yayıb: “Əslində bizim Türkiyədə bu oylamalara düşməyimiz çox böyük addımdır. Etiraf edim ki, ilin qadın müğənnisi və ən yaxşı sinql nominasiyası siyahısında elə sevilib-seçilən Türk müğənniləri var ki, onlarla yarışmaq asan olmayacaq. Açığını deyim ki, ilk beşliyə düşəcəyimə inanmıram. Məsələyə real yanaşıram. Çox güclü rəqabət var və bunu özüm üçün problem də saymıram. Düşünürəm ki, etdiklərim Türkiyənin ən yaxşı qadın müğənnisi olmaq üçün azdır. Bunun özü bir il ərzində görülən işlərin nəticəsidir. Əlbəttə ki, bu ödül xəbəri səfər qabağı mənə böyük stimul oldu və bizə dəstək olan bütün həmvətənlərimizə təşəkkür edirəm”.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.