Son günlər ölkə ərazisində iqlim normasından yüksək temperatur müşahidə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, dünən Bakıda və Abşeron yarımadasında iqlim normasından yüksək temperatur qeydə alınıb.
İyunun 19-da paytaxtda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olub.
Belə isti hava şəraiti ölkə ərazisində bu gün və sabah da davam edəcək.