Bakıda cəmi 17 yaşı olmasına baxmayaraq, çoxsaylı cinayətlər törətmiş peşəkar oğru həbs olunub.
Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşları tərəfindən tutulmuş Astara rayon sakini, 17 yaşlı İsmayıl Qəhrəmanovun Bakıda çoxsaylı mənzillərdən külli miqdarda pul və qızıl oğurlaması müəyyən edilib. Məlum olub ki, gənc oğlan 2012-ci il ərzində Bakıda pəncərədən, mənzilin nəfəsliklərindən, açıq qalmış qapıdan keçmək yolu ilə çoxlu evi qarət edib. Hazırda onun 20-dək mənzildən təxminən 100 min manatlıq qızıl və xeyli pul oğurlaması müəyyən edilib. Lakin polis saxlanılan şəxsin başqa evlərdən də oğurluq etməsini istisna etmir və zərərçəkmişlərin daha da artacağını ehtimal edir.
Həbs olunan 17 yaşlı İ.Qəhrəmanov ələ keçirdiyi pullarla Bakının bahalı restoranlarında kef edirmiş. O bildirib ki, dostları ilə gəzməyi, əylənməyi çox sevir, pulları da kefə-əyləncəyə sərf edirmiş.
Lent.az İ.Qəhrəmanovun oğurluq etdiyi bəzi mənzillərin sahiblərinin adını və oğurluğun məbləğini təqdim edir:
Mustafayev Babək Məhəmməd oğlu – 30 min manatlıq qızıl Məmmədov Məhəmməd İsa oğlu – 10 min rus rublı Əhmədov Rüfət Şakir oğlu – 3300 manatlıq qızıl Əliyev Əli Abdulla oğlu – 18 min dollar Niftəliyev Sübhan Vaqif oğlu – qızıl qolbaq və noutbuk Ağaverdiyeva Könül Şakir qızı – 2 min manatlıq qızıl Qurbanov Dünyamalı Həbi oğlu – 6500 manatlıq qızıl Əhmədov Rizvan İsrafil oğlu – 2 min manatlıq qızıl Məmmədov Razim Eldar oğlu – 3 min manatlıq qızıl, 700 manat Məmmədov Ruslan Hacıbala oğlu – 6 min manatlıq qızıl, 350 manat Zülfüqarov Mehman Akif oğlu – 20 min manatlıq qızıl, 5 min manat pul Rəhimova Renata Nazim qızı – 2200 manatlıq qızıl, 2 min manat pul Sərdarov Sərdar Azər oğlu – noutbuk Nəcəfov Nazir – 7600 dollar pul, 10 min manatlıq qızıl Ağayev Elman Səlim oğlu - 300 manat
Qeyd edək ki, həbs olunan İ.Qəhrəmanov öncədən seçdiyi mənzillərə soxulurmuş. Onun qarət etdiyi evlərin sahibləri arasında xeyli imkanlı və tanınmış adamlar da var.