Xalq artisti Brilliant Dadaşova Türkiyənin “TMB” telekanalında dünən yayımlanan “Brilliantla Pırlantalı gecələr” verilişində aparıcılıq etməkdən imtina edib.
Axşam.az-ın məlumatına görə, müğənninin bu addımı 26 fevral Xocalı faciəsinin ildönümü ilə bağlıdır.
Sənətkar həmin gün Xocalı soyqırımı ilə bağlı təşkil edilən tədbirlərdə iştirak edib.