|
|
|
|
Dünyada məşhur olan çinli dissident Ay Veyveyin həbsxanadakı əziyyətləri musiqiyə çevrilib.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Çin rejimini tənqid etməsiylə tanınan Veyvey albom çıxaracağını bildirib.
Müxalif sənətçi "İlahi komediya" dalı albomdakı 9 parçanın sözlərinin özünə, bəstələrinin isə bir dostuna məxsus olduğunu deyib.
2011-ci ildə 81 günlük həbs cəzası çəkərkən davamlı mahnı oxumağa məcbur edildiyini deyən Veyvey bu yolla içindəki musiqi istedadını kəşf etdiyini söyləyib. Sənətçi ikinci albom üçün də hazırlıqlara başladığını deyib.