Nida” Vətəndaş Hərəkatının daha bir üzvü həbs edilib. Bu barədə APA-ya vəkil Əsabəli Mustafayev məlumat verib.
Onun sözlərinə görə, “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşad Həsənova qarşı Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. R. Həsənovun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Rəşad Həsənov dünən saxlanılaraq Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə aparılıb və orada dindirilib.