Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mart ayının 10-da Bakıda keçirilən sonuncu etiraz aksiyasından danışıb.
Nazir sonuncu aksiyanın qeyri-qanuni keçirildiyi üçün onun qarşısının alındığını bildirib. Nazir etiraz aksiyası keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmək lazım olduğunu deyib. Onun sözlərinə görə, əvvəllər aksiyalar təyin olunmuş yerlərdə keçirilirdi və qanun çərçivəsində olan aksiyalara hər hansı müdaxilə edilməyib. "Qanunsuz aksiyalar keçiriləcəksə, hüquq-mühafizə orqanları qanun çərçivəsində öz tədbirlərini görəcək”.
E.Məmmədyarov ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycanda “Facebook inqilabı” təşkil etməsi ilə bağlı iddialara da münasibət bildirərkən deyib ki, bu məsələ araşdırılır və hər hansı nəticə olsa, ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, bəzi KİV-də ABŞ Milli Demokratiya İnstitutu tərəfindən Azərbaycanda "Facebook" sosial şəbəkəsi vasitəsilə inqilab planlaşdırılması layihəsinə 2 milyon dollar ayırdığı barədə məlumat yayılıb.
anspress