
Ukraynanın ən böyük sənaye bölgələrindən olan Xarxov Vilayətində 30 mindən yuxarı azərbaycanlı yaşayır. Burada yaşayan soydaşlarımızın ən böyük problemlərindən biri də vətənə gediş gəlişlərinin təmin olunması üçün təyyarə reysinin olmamasıdir. Nəhayət "Utair" avia kompaniyası Xarkov-Bakı Bakı-Xarkov reysini açmaqla burada yaşayan soydaşlarımıza Novruz bayramı ərəfəsində əsl bayram sevinci yaşatdırıb.
Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov Vilayət təşkilatının təşəbbüsü ilə açılan Xarkov-Bakı, Bakı-Xarkov təyyarə reysini UTAİR UKRAYNA avia konmpaniyası həyata keçirəcək. Yeni təyyrə reysinin açılış mərasimində Xarkov Vilayət dövlət admnistrasiyası rəhbərinin müavini Andrey Moçenkov çıxış edərək bu xoş və nəcib hadisəni Azərbaycanla Ukrayna arasında inkişaf edən dostluq əlaqələrinin növbəti təntənəsi adlandırıb .
Açılış mərasimində Xarkov şəhər radasının beynəlxalq əlaqələr departamentinin direktoru Viktor Rud , Xarkov Beynəlxalq Hava Limanının kommersiya direktoru Pavel Prusak ,Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Nazim Əliyev və digər şəxslər çıxış edərək Xarkov Baki təyyarə reysinin açılmasında əməyi olan Xarkov Beynəlxalq Hava Limaninin , UTAİR avia Kompaniyasının və Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov Vilayət təşkilatının rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Mərasimə qatılanlara UTAİR avia kompaniyası haqqında ətraflı məlumat verən kompaniyanın marketinq şöbəsinin müdiri Vladimir Katernıy Xarkovdan Bakı şəhərinə açılan təyyarə reysinin gələcəkdə sayının artırılacağını vurğulayıb. Tədbirdə Azərbaycanla Ukrayna arasındakı dostluq əlaqələrinin inkişaf dinamikasından bəhs edən Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov Vilayət təşkilatının sədri Qurban Abbasov Xarkov Bakı təyyarə reysinin açılmasına dəstək verən hər bir kəsə Xarkovda yaşayan azərbaycanlılar adından dərin minnətdarlığını bildirib. Sonra həzin musiqi sədaları altında Xarkov Bakı təyyarə reysinin açılışı elan olunub. Xarkovdan Vətənə yola düşən təyyarə reysinin ilk sərnişinləri isə Yeni reysin açılmasında xidməti olanlara minnətdarlıqlarını bildiriblər
UTAİR Ukrayna avia kompaniyası ilkin olaraq Xarkov Bakı təyyarə reysini hər həftənin 5-ci günü həyata keçirəcək. Gələcəkdə bu reyslərin sayının artırılmasıda gündəlikdə dutran məsələlər sırasındadır.




