Putinin dünən gecə verdiyi əmrlə başlayan Qara dəniz təlimlərində 7 min əsgər və 36 döyüş gəmisi iştirak edir.
Rus hərbi dəniz donanmasının hər an müharibəyə hazır olma qabiliyyətini yoxlamaq üçün keçirilən təlimlərdə döyüş gəmilərini xüsusi təyinatlı dəniz qüvvələri müşayiət edir.
Tank və zirehli avtomobillərin yükləndiyi gəmilər Qara dəniz sahillərinə doğru irəliləyir.
Müdaifə naziri Sergey Şoyqu vertolyotla Rusiyanın Qara dəniz sahillərinə gələrək təlimləri yerində izləyib.
Şərhçilər təlimlərin Qara dənizdən çox Suriya və Aralıq dənizindəki gərginliklə bağlı olduğunu bildirirlər. Aralıq dənizində daimi dəniz qüvvələri saxlamağa çalışan Moskva Suriya rejiminin devrilməsindən sonra Tartusdakı bazasını itirməkdən narahatdır.
Təlimlərin Ukrayna və Gürcüstanda da narahatlıq doğura biləcəyi qeyd edilir.
TRT