Lent.az-ın verdiyi məlumata görə, bu, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin aprelin 9-da imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ında yer alıb.
Proqramda qeyd edilib ki, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi 2013-2020-ci illər ərzində türk dillərinin fonetika, leksika və qrammatikasının müqayisəli tədqiqi sahəsində işlərin intensivləşdirilməsi, ortaq əlifba, terminologiya və ədəbi dillə bağlı birgə layihələrin hazırlanmasını təmin etməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2013-2014-cü illər ərzində isə milli transliterasiya standartları əsasında Azərbaycan əlifbasından digər əlifbalara transliterasiyanı həyata keçirən proqram təminatının hazırlanmasını təmin etməlidir.