Millət vəkili Qənirə Paşayeva Qırğızıstan millət vəkili Dastan Cumabekovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
525.az-ın məlumatına görə, görüş zamanı millət vəkili Qənirə Paşayeva Qırğızıstan millət vəkili Dastan Cumabekovun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvlərinə Azərbaycanın hər zaman dost, qardaş Qırğızıstanın inkişafında maraqlı olduğunu bildirməklə yanaşı, ölkəmizin bütün istiqamətlərdə Qırğızıstanla əməkdaşlığın inkişafına önəm verdiyini vurğulayıb. Azərbaycanın və parlamentinin daim bütün beynəlxalq platformalarda qardaş Qırğızıstana dəstək verdyini deyən millət vəkili Qənirə Paşayeva ölkələrimiz arasında münasibətlərin getdikcə daha da inkişafından məmnuniyyətverici olduğunu deyib. Qırğızıstan-Azərbaycan əlaqələrinin, hər iki qardaş-dost ölkənin parlamentləri və beynəlxalq təşkilatlarda parlament nümayəndə heyətləri arasında qarşılıqlı əməkdaşlıq münasibətlərindən danışan millət vəkili Qənirə Paşayeva bu əlaqələrin və əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini də vurğulayıb. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, Ermənistanın işğalçılıq siyasəti, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi soyqırımlar, qətliamlar, vandalizm aktları barədə məlumat verib.
Qırğızıstan millət vəkili Dastan Cumabekovun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Azərbaycan ilə Qırğızıstan arasında həm ikitərəfli, həm də parlament s əviyyəsində əlaqələrin getdikcə daha da artmasının məmnuniyyətverici hal olduğunu və bu əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini bundan sonra da artıracaqlarını bildiriblər.
Qırğızıstan nümayəndə heyətinin üzvləri millət vəkili Qənirə Paşayevanı Qırğızıstana dəvət ediblər. Millət vəkili Qənirə Paşayeva dəvəti məmnuniyyətlə qəbul edib.