|
|
|
|

Yanvarın 19- da Milli Kitabxanada “20 Yanvar - hüzn və milli qürur günü” adlı geniş kitab sərgisinin açılışı olub.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq yaxın keçmişə nəzər saldı, soyuq qış gecəsində Sovet ordusunun silahlı birləşmələrinin dinc, əliyalın əhaliyə tutduğu divandan danışdı.
K.Tahirov o zaman Azərbaycanın informasiya blokadasında olmasından, ümummilli lider Heydər Əliyevin Moskvadakı daimi nümayəndəliyə gedərək sərt bəyanat verməsindən söhbət açdı. O, 20 Yanvar hadisələrinin həm də azadlıq, müstəqillik yolunda atılan ilk addım olduğunu söylədi.
Direktor müavini Ədibə İsmayılova 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə qanlı Sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətlləri insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirdi.
Kitabxananın şöbə müdiri Səyyarə Məmmədli Azərbaycanın azadlığına, müstəqilliyinə həsr etdiyi şeirini söylədi.
Tədbirin sonunda iştirakçılar qanlı hadisələri özündə geniş əks etdirən “20 Yanvar- hüzn və milli qürur günü” adlı kitab sərgisi ilə tanış oldular.



