Azərbaycanda bu ilin I rübündə baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb.
525.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, 2013-cü ilin ilk üç ayı ərzində respublika ərazisində 12 partlayış hadisəsi baş verib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 hadisə və ya 71% çoxdur. Partlayışlar zamanı 2 nəfər həlak olmuş, 12 nəfər xəsarət alıb.
2013-cü ilin I rübündə FHN-ə daxil olan müxtəlif çağırışlar üzrə operativ olaraq 1439 çıxış olub. Baş verən yanğın hadisələri zamanı 21 nəfər dünyasını dəyişib, 23 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 5 nəfər və ya 19%, xəsarət alanların sayı isə 7 nəfər və ya 23% azdır.
FHN-in statistikasına görə, bu il respublikada 1505 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 162 hadisə və ya 10% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 26 nəfər ölüb, 37 nəfər xəsarət alıb, 3 nəfər xilas edilib və 31 nəfər təxliyə olunub.