Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Belçikanın Azərbaycana yeni təyin edilmiş səfiri Bert Schoofsu qəbul edib.
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Süleymanova səfirə Ombudsman təsisatının yaradılması, çoxşaxəli fəaliyyəti, dörd regional mərkəzi, təsisatın beynəlxalq əlaqələri haqqında geniş məlumat verib.
Bildirilib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Müvəkkilin tövsiyələri də nəzərə alınmaqla 250-yə yaxın beynəlxalq Konvensiyaya qoşulub, milli qanunvericilik bu konvensiyalara uyğunlaşdırılaraq daha da təkmilləşdirilib.
Müvəkkil BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ( DİM) üzrə prioritetlərin artıq müəyyən edildiyini və onların icrası istiqamətində işlərin aparıldığını diqqətə çatdırılıb.
B. Schoofs Ombudsmanın insan hüquqları sahəsində fəaliyyətini yüksək dəyərləndirib, təsisatla qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.