|
|
|
|

ABŞ Dövlət Departamentinin Qlobal Sahibkarlıq Proqramının rəhbəri, baş məsləhətçisi Shelly Porges Cənubi Qafqaz Forumunda iştirak etmək üçün mayın 6-8-də Azərbaycanda səfərdə olacaq.
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, komitənin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi tədbir dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisi, nüfuzlu elm, mədəniyyət xadimlərini, 50-dən çox sabiq və hazırkı dövlət, hökumət başçısını bir araya toplayacaq.
Forumun əsas tərəfdaşları isə Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Foundation for Peace, Gəncə şəhər İcra Hakimiyyəti və Qlobal Liderlər Şurasıdır.



