PKK terror təşkilatının rəhbərliyində yer alan Murat Karayılan Qəndil dağındakı düşərgələrin birində mətbuat konfransı keçirir.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Murat Karayılan PKK silahlılarının mayın 8-dən etibarən Türkiyəni tərk etməyə başlayacaqlarını söyləyib.
PKK terrorçuları Türkiyəni mərhələ-mərhələ tərk edərək Şimali İraqa yerləşəcəklər.