Özbəkistan paytaxtında 112 təqaüdçünü qətlə yetirən mütəşəkkil dəstənin işi araşdırılır.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Özbəkistanın “uznews.net” saytı məlumat yayıb. Daşkəndin polis idərələrindən birində işləyən şəxsin mətbuata verdiyi məlumata görə, bu ilin mart ayında silsilə qətllər törədən dəstə yaxalanıb. Dəstəyə Daxili İşlər Nazirliyinin yüksək rütbəli məmuru tərəfindən himayədarlıq edilib.
Məlumatda bildirilir ki, həmin dəstə cinayətkarlardan və narkomanlardan ibarətdir və onların başında duran DİN-in yüksək çinlisi qətlllərin açılmasına imkan verməyib.
Qəddar qətllər törədən dəstə daşınmaz əmlakı olan qocaları öldürüb. Bundan sonra onlara məxsus evlər ələ keçirilib.