Suriyada ordu qüvvələri Tartusun Banyas qəsəbəsinə bağlı Əl Beyda şəhərini bombardman edib.
525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, Suriya İnsan Haqları Təşkilatı kəndin havadan və qurudan bombardman edildiyini, daha sonra isə hərbçilərin kəndə girərək qadın və uşaqlar da daxil olmaqla ən azı 50 nəfəri öldürdüyünü bildirib.
Kənddən qaçmağı bacaran şahidlərin ifadələrini açıqlayan Suriya İnsan Haqları Təşkilatı əsgərlərin odlu və kəsici silahlarla öldürdükləri kəndliləri yandırdıqlarını bəyan edib.
Kəndlə əlaqənin tamamilə kəsildiyi, ölü sayının 100-ü keçməsinin gözlənildiyi bildirilib. Təşkilat beynəlxalq təşkilatları hadisəylə bağlı təcili istintaqa çağırıb.
Daha əvvəl də Əsəd ordusunun hədəfi olan Əl Beyda kəndi üsyanın başladığı ilk yerlərdən biridir.