Ədalət və İnkişaf Partiyasının Qızılcahamamda keçirilən 20-ci Məşvərət və Dəyərləndirmə Toplantısının mətbuata qapalı hissəsində baş nazir Rəcəb Tayyib Ərdoğan millət vəkillərinin suallarını cavablandırıb.
Əldə edilən məlumata görə, parlamentin müdafiə komissiyasının sədri Oğuz Kağan Köksal həll prosesiylə birlikdə terrorla mübarizədə əvvəlki qədər əsgərə ehtiyac olmadığını bildirib və pullu əsgərlik məsələsini gündəliyə gətirib.
Baş nazir Rəcəb Tayyib Ərdoğan isə alternativ hərbi xidmətlə bağlı yeni addım atılmasına qarşı çıxıb, ancaq əvəzində hərbi xidmətlə bağlı şad xəbər verib. Ərdoğan hərbi xidmətin müddətinin azaldılması üzərində çalışdıqlarını bildirib. Lakin baş nazir hərbi xidmətin müddətinin nə qədər olacağına dair açıqlama verməyib
TRT