İranda yenə zəlzələ olub.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Atom Elektrik Stansiyasının yerləşdiyi Buşəhr yaxınlığında qeydə alınan təkanın gücü 5,1 bal olub.
İranın rəsmi xəbər agentliyi İRNA-nın xəbərinə görə, zəlzələnin episentri Buşəhrin 100 kilometr cənub-qərbindəki Kaki qəsəbəsinin yaxınlığında olub.
Xəbərdə zəlzələdə insan itkisi və ya maddi zərər olmadığı açıqlanıb.